Bakı. Trend:
Rusiyanın Həştərxan şəhərində güc strukturlarının əməkdaşlarıHəştərxan vilayəti və Dağıstan Respublikasının ərazisində terroraktları törətməyi planlaşdıran 13 yaşlı yeniyetməni saxlanıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu haqda Həştərxanın Sovet rayonməhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Yeniyetmə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulanmüvəqqəti təcridxanaya yerləşdirilib.
“Məhkəmə iclası zamanı müəyyən edilib ki, 2012-ci il təvəllüdlüyetkinlik yaşına çatmayan şəxs, Həştərxan vilayəti və DağıstanRespublikası ərazisində terror aktları törətmək məqsədilə yaşadığıünvanda kustar üsulla partlayıcı qurğu hazırlayıb. Bundan əlavə,"Telegram" messencerində abunəçilərə partlayıcı qurğularınhazırlanmasını öyrətmək məqsədilə bir icma yaradıb. İnzibati iddiaərizəsi təmin edilib. Məhkəmənin qərarı ilə yetkinlik yaşınaçatmayan şəxs Həştərxan vilayəti üzrə Rusiya DİN-in YetkinlikYaşına Çatmayan Hüquqpozanların Saxlanılması Mərkəzinə 30 sutkadanartıq olmayan müddətə yerləşdirilib”, – məlumatda qeyd olunub.