AZ

Azərbaycandan qanunsuz insan orqanları alan ukraynalı qadın Polşada saxlanıldı

Polşada insan orqanlarının qanunsuz satışında ittiham olunan ukraynalı qadın saxlanılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" yerli prokurorluğa istinadən məlumat yayıb.

Xəbərə görə, adı açıqlanmayan qadın ölkədən qaçmağa çalışarkən ələ keçib. İstintaq orqanının açıqlamasına görə, o, 2020-ci ilin noyabr ayından bəri İnterpol tərəfindən axtarışda olub.

Saxlanılan şəxs 2017-ci ildən 2019-cu ilə qədər insan toxumalarını və orqanlarını qanunsuz olaraq toplayıb "qara bazar"da satan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmada iştirak etməkdə təqsirli bilinir.

O, həmçinin maddi qazanc əldə etmək məqsədilə Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan 56 adamın böyrəklərini qanunsuz yolla almaqda ittiham edilir.

Maraqlıdır ki, sözügedən şəxsin orqan qaçaqmalçılığına görə daha əvvəl Qazaxıstanda 12 il müddətinə azadlıqdan məhrum edildiyi də üzə çıxıb. Lakin onun hazırda həbsxanada olmamasının səbəbi açıqlanmayıb.

Prokurorluq saxlanılan şəxsin Qazaxıstana ekstradisiyası üçün bir həftəlik müvəqqəti həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə vəsatət verib.

Seçilən
32
avtosfer.az

1Mənbələr