AZ

Ankarada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada qəzaya uğrayan, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu “Falcon 50” tipli təyyarə ilə bağlı araşdırma aparılması üçün Liviyadan 22 nəfərlik heyətin Ankaraya yola düşdüyünü bildirib.

Nazir qara qutunun gecə saatlarında tapıldığını qeyd edib.

“Qəza sahəsində saat 02:45-də təyyarəyə məxsus səs qeyd cihazı, saat 03:20-də isə qara qutu aşkar edilib. 22 nəfərlik Liviya heyəti Ankaraya yola düşüb”, – Ali Yerlikaya bildirib.

Seçilən
14
6
veteninfo.az

10Mənbələr