Operativ MM portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Moskvada Rusiya və Suriya xarici işlər nazirləri arasında görüş keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Əsəd əş-Şeybanini qəbul edib.
Danışıqlar Rusiya XİN-nin Qəbullar Evində baş tutub.
Görüşün protokol hissəsi media üçün açıq olub. Nazirlər protokol hissədə qısa çıxışlar ediblər. Bugünkü danışıqlarda Moskva və Dəməşqin ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunacağı bildirilib
Qeyd edək ki, Suriyanın xarici işlər və müdafiə nazirləri danışıqlar aparmaq üçün Moskvaya səfər ediblər. Suriya nümayəndə heyətinə Əsəd əş-Şeybani və Murhef Əbu Qasrdan əlavə, Baş Kəşfiyyat İdarəsinin əməkdaşları də daxildir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.