AZ

Gələn il kommunikasiyaların açılmasında irəliləyiş gözlənilir - Ekspert

Gələn il Cənubi Qafqazda kommunikasiyaların blokladadan çıxarılması istiqamətində irəliləyiş gözlənilir.

"Yeni Sabah" NG-yə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş üzvü, politoloq Mikael Zolyan deyib.

Onun fikrincə, bu proses o qədər də sürətli olmayacaq:

"İlk növbədə, 2025-ci ildə artıq gördüyümüz simvolik addımların davamını görəcəyik: buğda, yanacaq və s. tədarükü. Türkiyə də sərhədi Ermənistan diplomatik pasportu olanlar və üçüncü ölkə vətəndaşları üçün aça bilər. İrəvan və Bakı 2026-cı ilin birinci yarısında sülh müqaviləsi imzalaya bilsələr, bu, həm də 2027-ci ilin əvvəlinə kimi sərhədlərin yenidən açılmasına səbəb olacaq. Ermənistan və Azərbaycan arasında tamhüquqlu ticarət əməkdaşlığının əsası bununla qoyulacaq”.

Ekspert istisna etməyib ki, Gürcüstan hakimiyyəti öz ərazilərindən Azərbaycan mallarının tranzitinə mane olmaqda davam edərsə, o cümlədən tarifləri artırmaqla qonşuları ilə yaxınlaşmanı sürətləndirə bilər.


Telegram kanalımız
Seçilən
48
yenisabah.az

1Mənbələr