AZ

Onların əsgərlik müddəti qısaldıla bilər

"Türkiyə, Cənubi Koreya və İsrail kimi ölkələrdə həkimlər üçün tətbiq olunan müasir hərbi xidmət modeli beynəlxalq təcrübəyə uyğundur və bu yanaşmanın Azərbaycanda da nəzərdən keçirilməsi məqsədəuyğun olardı".

Sitat.info xəbər verir ki, bunu Deputat Rəşad Mahmudov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və peşə ixtisaslarına uyğun şəkildə təşkil edilir ki, bu da klassik çağırış sistemindən daha səmərəli peşəkar xidmət modelinə keçid imkanı yaradır. Deputat vurğulayıb ki, bu cür dəyişikliklər qanunvericilikdə də əksini tapmalıdır.

Rəşad Mahmudov qeyd edib ki, təklifin əsas məqsədi hər hansı bir qrupa güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha rasional formada qarşılamaqdır. Bu yanaşma nəticəsində ordu real tibbi xidmət əldə edəcək, dövlət isə yüksək ixtisaslı kadrlarını itirmədən könüllülük və motivasiya prinsiplərini gücləndirmiş olacaq.milli.az

O, statistik məlumatlara da diqqət çəkərək bildirib ki, tibb təhsili alan gənclərin xaricə üz tutmasının əsas səbəblərindən biri peşə bacarıqlarını itirməmək istəyidir. Statistikaya əsasən, onların çox az hissəsi hərbi xidmətə cəlb olunur, böyük əksəriyyəti isə xarici ölkələrdə təhsilini və fəaliyyətini davam etdirir.

Deputat hesab edir ki, bu məsələ gələcəkdə aidiyyəti dövlət qurumları səviyyəsində ciddi şəkildə müzakirə olunmalıdır. Onun fikrincə, irəli sürülən dəyişikliklər həm milli təhlükəsizlik maraqlarına, həm səhiyyə sisteminin davamlı inkişafına, həm də müasir dövlət idarəçiliyinin prinsiplərinə tam uyğun gəlir.

Seçilən
9
6
sitat.info

10Mənbələr