AZ

Sadettin Saran: "Bu, mənə qarşı böhtan kampaniyasıdır"

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saranın saç nümunəsində kokain aşkarlanıb. Məhkəmə Tibb İnstitutunun hesabatı İstanbul Baş Prokurorluğuna göndərilib.

Apasport.az xəbər verir ki, Saran test nəticələri açıqlandıqdan sonra açıqlama verib.

"Bu səhər mediada yayılan xəbərlərlə bağlı ictimaiyyəti məlumatlandırmağı zəruri hesab edirəm. 

İlk növbədə, açıq və birmənalı şəkildə bildirmək istəyirəm ki, Məhkəmə Tibb İnstitutunun müsbət nəticə verdiyini iddia etdiyi maddəni heç vaxt istifadə etməmişəm. Nəinki istifadə etməmişəm, hətta heç vaxt sözügedən maddə ilə birlikdə görülməmişəm.

Bu iddialar şəxsən məni hədəf alan, nüfuzuma və ləyaqətimə xələl gətirməyə, eləcə də təmsil etdiyim qurumları sarsıtmağa çalışan açıq-aşkar bir böhtan kampaniyasıdır.

Həmçinin, bu proses zamanı bütün nümunələri dərhal və heç bir tərəddüd etmədən yenidən təqdim etməyə hazıram".

Qeyd edək ki, "narkotik maddələr təmin etmək" və "narkotik maddələrin istifadəsinə kömək etmək" ittihamları ilə üzləşən Saran Prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılmışdı.

"Siti"nin futbolçusu mövsümün ikinci yarısını La Liqada keçirəcək

Səudiyyə Ərəbistanı klubu Balotelli ilə maraqlanır

Mourinyo: “Bizim Mbappe, Vinisius, Yamal kimi futbolçularımız yoxdur"

Milli komandalar üzrə ilin ən yaxşı baş məşqçisi bəlli olub

İngiltərə Liqa Kuboku: “Arsenal” YARIMFİNALDA

Seçilən
42
1
apasport.az

5Mənbələr