AZ

İranda minlərlə məhbus aclıq aksiyası keçirdi

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən dekabrın 23-ü səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıb.

Axar.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Aclıq aksiyası 100-cü dəfədir ki, hər həftənin ikinci günü keçirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1500-dən çox məhbus edam edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
axar.az

2Mənbələr