AZ

Polşa MERCOSUR sazişini pozmaq üçün Avropa İttifaqında blok yaratmaq istəyir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 dekabr, AZƏRTAC

Polşa da daxil olmaqla Avropanın bir neçə ölkəsi Avropa İttifaqının daxilində Brüssellə Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) ölkələri arasında yanvar ayında imzalanması planlaşdırılan sərbəst ticarət sazişinə mane olacaq dövlətlər qrupu yaratmağa çalışır.

AZƏRTAC xəbər verir ki, Polşanın kənd təsərrüfatı naziri Stefan Krayevski bu barədə RMF24 radiostansiyasına müsahibəsində deyib. Nazirin sözlərinə görə, MERCOSUR dövlətləri ilə razılaşmanı əngəlləyən qrup yoxdur və Polşa belə bir bloku qurmağa çalışır.

Stefan Krayevski qeyd edib ki, kənd təsərrüfatının güclü olduğu Polşa kimi ölkələrin hökumət başçıları MERCOSUR sazişinə qarşıdırlar.

Bir müddət öncə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqı liderlərinin MERCOSUR sazişin imzalanmasını azı yanvar ayınadək təxirə saldıqlarını elan edib.

Qeyd edək ki, Cənubi Amerika ölkələrinin ümumi bazarı olan MERCOSUR Argentina, Uruqvay, Paraqvay, Braziliya və Boliviyanı birləşdirir. O, 250 milyon əhalini və qitənin ümumdaxili məhsulunun 75 faizindən çoxunu əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
azertag.az

2Mənbələr