Bir elanda “iş imkanı”, bir klikdə “ödənişsiz Wi-Fi”, bir e-poçtda “maaş artımı”, bir paylaşımda “sərfəli kampaniya”… kibertəhlükələr çox vaxt ən güvəndiyimiz yerlərdə qarşımıza çıxır.
Bakıvaxtı.az-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (Milli Cert ) tərəfindən "Təhlükə hər yerdədir!" devizi ilə hazırlanmış maarifləndirici videoda bu cür kibertəhlükələrlə bağlı xəbərdarlıq edilir.