2025-ci ilin yekunlarına əsasən Cənub Regional Futbol Federasiyası futbol mövsümünə yekun vurub və bir sıra nominasiyalar üzrə qalibləri müəyyənləşdirib.
"Football-plus.az" xəbər verir ki, ilin ən yaxşı futbolçusu adına “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə layiq görülüb.
İlin ən yaxşı qadın futbolçusu nominasiyasında qadın millimizin üzvü Sevinc Cəfərzadə qalib olub. “İlin futbol adamı” adına isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov layiq görülüb.
Mətbuat nümayəndələri arasında ən fəal media təmsilçiləri kimi Kənan Məstəliyev və Orxan Subhan fərqləndirilib. İlin ən yaxşı futzal komandası nominasiyasında isə “Xan Lənkəran” qalib elan edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta