AZ

Gecə 3-də qonşusunun evinə qanunsuz girdi - Bu cəza verildi

Şəkidə qonşusunun evinə qanunsuz şəkildə daxil olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1994-cü il təvəllüdlü Sübhan Kərimov (şərti soyadlı) barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. O, Cinayət Məcəlləsinin 157-ci (Mənzil toxunulmazlığının pozulması) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, hadisə bir neçə ay əvvəl gecə saat 03 radələrində baş verib. Həmin vaxt Sübhan sərxoş halda evlərindən 150 metr uzaqlıqda yerləşən Nazlı Məmmədovanın (şərti ad-soyadlı) yaşadığı evə girib. Belə ki, həyət darvazasının bağlı olduğunu görən Sübhan daş hasardan keçərək həyətə, daha sonra evin qapısını sındıraraq mənzilə daxil olub.

Bu zaman qadın və oğlu yuxudan oyanıb və qonşuluqda yaşayan Sübhanı tanıyıblar.

Şəki Rayon Məhkəməsinin hökmü ilə ona 6 ay islah işləri cəzası verilib.

Milli.Az

Seçilən
26
6
milli.az

7Mənbələr