AZ

“Fənərbağça”nın prezidenti narkoman çıxdı: Rəsmi açıqlama

İstanbulda aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində “Fənərbağça” klubunun prezidenti Sadettin Saranın narkotik maddə testi müsbət çıxıb.

Publika.az xəbər verir ki, bu barədə bu barədə "Anadolu Ajans"ı məlumat yayıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza İdarəsi tərəfindən hesabat hazırlanıb.

Hesabatda qeyd olunur ki, Sadettin Saranın saç nümunələrində narkotik maddə testi müsbət nəticə verib. Bununla yanaşı, onun qan, sidik və dırnaq nümunələrində test nəticələrinin mənfi olduğu müəyyən edilib.

Seçilən
42
publika.az

1Mənbələr