futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Real”ın futbolçusu Arda Gülerin maaşı məlum olub.
Futbolpress.az xəbər verir ki, bu barədə “El Plural” nəşri məlumat yayıb. Türkiyəli yarımmüdafiəçinin illik əməkhaqqısı vergilər daxil olmaqla 5.2 milyon avrodur.
“Barselona”nın futbolçusu Fermin Lopesdə bu rəqəmin 4 milyon avro olması İspaniyada səs-küy yaradır. “El Plural” nəşri Ardanın daha çox maaş almasını belə şərh edib:
“Özünü sübut etmək mərhələsində olan bir futbolçu üçün bu məbləğ olduqca yüksəkdir. İki klub arasında həm iqtisadi, həm də simvolik fərqlər var”.
Fermin bu mövsüm 18 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 70 milyon avrodur.
Arda Güler isə 31 oyunda 4 qol vurub, 9 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 90 milyon avrodur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.