AZ

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanda parlament seçkiləri 2026-cı il iyun ayının 2-dən 12-dək keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan bildirib.

"Konstitusiyaya əsasən, seçkilərin gözlənilən keçirilmə tarixi növbəti ilin 2-dən 12-nə kimidir. Seçkilər bu on gün ərzində keçirilməlidir", - V.Ovakimyan deyib.

MSK sədri həmçinin seçkilərin keçirilmə gününü dəqiq öyrənmək üçün Ermənistan Prezidentinin seçki tarixinin təyin edilməsi ilə bağlı rəsmi qərarını gözləməli olduqlarını deyib.

KİV xəbər verir ki, Ermənistanda sonuncu parlament seçkiləri 2021-ci il iyunun 20-də keçirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
7
cebheinfo.az

8Mənbələr