AZ

Saat 13:00-da işıq kəsiləcək -

Bu gün Abşeron və Qobustan rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35 kV-luq "Pirəkəşkül-Cəngi" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
15
17
metbuat.az

10Mənbələr