AZ

Abşeronda elektrik enerjisinin verilişində fasilə olacaq

Bu gün Abşeron və Qobustan rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bu barədə Busaat.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35 kV-luq “Pirəkəşkül-Cəngi” hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
26
9
busaat.az

10Mənbələr