AZ

Novruz Məmmədovun səhhətində problem yarandı

Azərbaycanın sabiq Baş naziri və Prezidentin Xarici siyasət məsələləri üzrə keçmiş köməkçisi Novruz Məmmədovun səhhətində problemlər yaranıb.


Yenilik.az Bakıvaxtı.az-a istinadən məlumatına görə, N.Məmmədov hazırda yaxşılaşır.

Onun özü də saytımızın əməkdaşı ilə söhbətində vəziyyətinin  yaxşılaşdığını bildirib.


"Özümü nisbətən yaxşı hiss edirəm. Vəziyyətim yavaş-yavaş yaxşılaşır. Yaşlılıqdan irəli gələn problemlərdir", - deyə Novruz Məmmədov əlavə edib.

Qeyd edək ki, Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Fransız dili fakültəsinə daxil olub və 1970-ci ildə fərqlənmə diplomu ilə məzun olub. O, 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi kimi çalışıb.

12 aprel 1997-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri təyin edilib. 1995–1997-ci illərdə isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 2002-ci ilin yanvarında Prezidentin fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının Baş Naziri olub və 8 oktyabr 2019-cu ildə bu vəzifədən azad edilib.
Seçilən
33
13
yenilik.az

10Mənbələr