“Qarabağ”ın daha bir futbolçusu Braziliyaya qayıda bilər.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Mateus Silva ölkəsindən təklif alıb.
Belə ki, 28 yaşlı müdafiəçi A Seriyasında mübarizə aparan “Vitoria”nın maraq dairəsinə düşüb. Sağ cinah müdafiəçisi axtarışında olan “sambaçılar” bu boşluğu məhz Silva ilə doldurmaq niyyətindədir.
Lakin braziliyalılar bu transferi asanlıqla həyata keçirə bilməyəcəklərini başa düşürlər. “Vitoriya” rəhbərliyi tezliklə “Qarabağ”a bununla bağlı rəsmi təklif göndərəcək.
Qeyd edək ki, 2023-cü ildən “Qarabağ”ın formasını geyinən Mateus Silvanın müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.