İki alim zamanda səyahətlə bağlı ən məşhur məntiq paradokslarından birinə riyazi çıxış yolu tapdıqlarını açıqlayıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Classical and Quantum Gravity” jurnalı yazıb.
Avstraliyanın Kvinslend Universitetindən Jermeyn Tobar və Fabio Koşta müəyyən şərtlər altında zamanda səyahətin fizika qanunları ilə ziddiyyət təşkil etmədiyi və bunun riyazi olaraq da göstərilə biləcəyini irəli sürüblər. Alimlərin işi illərdir müzakirə olunan zamanda səyahət anlayışına yeni baxış bucağı qazandırır.
Zamanda səyahət mübahisəsinin nəzəri əsasını Albert Eynşteynin irəli sürdüyü “Qapalı zamanabənzər əyrilər” (CTC - Closed Timelike Curves) anlayışı təşkil edir. Bu nəzəriyyə bir insan və ya obyektin zamanda geriyə gedərək yenidən eyni məkan-zaman nöqtəsinə qayıtmasını mümkün edən model kimi təsvir olunur.
Tobar və Koştaya görə, CTC daxilində inkişaf edən hadisələr zəncirində yalnız iki əsas şərt sabit saxlanıldığı müddətdə qalan bütün ehtimallar “azad seçim” çərçivəsində formalaşa bilər.