AZ

Murad Musayev Rusiyada ilin ən yaxşı məşqçisi seçildi

“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiyada ilin ən yaxşı çalışdırıcısı seçilib.

İdmanxeber.az-ın məlumatına görə, Musayev bütün namizədləri geridə qoyub.

Siyahıda ikinci yeri “Baltika”nın baş məşqçisi Andrey Talalayev, üçüncü yeri isə MOİK hokkey klubunun çalışdırıcısı İqor Nikitin tutub.

Qeyd edək ki, Murad Musayev “Krasnodar”la 2024/2025 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub.

Təcrübəli mütəxəssis daha əvvəl 2021–2024-cü illərdə “Sabah” klubunu çalışdırıb.

Seçilən
28
idmanxeber.az

1Mənbələr