AZ

Şəki şəhəri dünya irs siyahısına daxil edilmək ərəfəsindədir - İlqar İsbatov

Bakı.Trend:

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıqİli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentininimzaladığı sərəncamın sərəncamın böyük tarixi kökləri vardır.

Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov AzərbaycanRespublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elanedilməsi münasibətilə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan çoxəsrlik həm şəhərsalma, həm memarlıqsahəsində dünyaya böyük töhfələr vermiş ölkədir:

“Ölkəmizin ərazisində dünya irs siyahısına daxil edilmişİçərişəhər, Qız qalası, Şirvanşahlar kompleksi kimi abidələrvardır. Həmçinin Şəki şəhəri də həmin siyahıya daxil edilməkərəfəsindədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan qədimdənşəhərsalma və memarlıq sənətinin təşəkkül tapdığı və inkişaf etdiyiərazilərdən biridir. Burada qədim memarlıq məktəbləri mövcudolmuşdur və bu işlər tarixin növbəti mərhələlərində uğurla davametdirilib”.

U.İsbatov vurğulayıb ki, Xüsusən Ulu Öndər Heydər ƏliyevinAzərbaycana rəhbərlik etdiyi dövrlərdə bu sahədə müasir dövrüntələblərinə uyğun kəskin dəyişikliklər edilmiş və proses sistemlişəkildə aparılıb:

“Şəhərlərimizin, kəndlərimizin planlaşdırılmasında əsaslı dönüşəldə olunmuşdur. Bu işlərin davamlı və ardıcıl olması üçüninstitusional təsisatların yaradılması həyata keçirilib”,-deyə oəlavə edib.

Seçilən
95
7
az.trend.az

8Mənbələr