AZ

Belçika Krallığında fəaliyyət göstərən təşkilatlardan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Belçika Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları adından doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan Respublikasının güclü rəhbəri kimi Sizə ölkənin davamlı inkişafında, suverenliyinin, beynəlxalq nüfuzunun möhkəmlənməsində əvəzolunmaz xidmətlərinizə görə minnətdarlığımızı bildirir, dərin hörmət və ehtiramımızı ifadə edirik.

Sizin təşəbbüslərinizlə Azərbaycanda və regionda həyata keçirilən nəhəng layihələr ölkənin gələcəyinə inamla baxmağa imkan yaradır və irəlidə bizi yeni mühüm nailiyyətlərin gözlədiyini deməyə əsas verir. Göstərdiyiniz əzmli fəaliyyət dünya azərbaycanlıları, o cümlədən Belçikada yaşayan soydaşlarımız üçün böyük qürur mənbəyidir.

Belçikadakı Azərbaycan diasporu ölkəmizin milli maraqlarının təbliği, mədəni irsimizin qorunması və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da birlik və həmrəylik ruhunda davam etdirəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti missiyanızda yeni-yeni uğurlar və Azərbaycan xalqının rifahı naminə yorulmaz fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,

 

 

Rüfət Abasov, RADİOCTO – Avropada Azərbaycan Radiosu

Yasəmən Abbasi, BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyası

Eldar Bayramzadə, İRS Azərbaycan Belçika Tələbə Assosiasiyası

Novruz Abdullayev, FİRELAND – Belçika Azərbaycanlıları Birliyi

Emin Əliyev, “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr