"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsistemi fəaliyyət göstərir. Bu altsistem vasitəsilə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi üzrə işlər həyata keçirilir".
Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.
Qey edilib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən uşağın ailəsinin olmaması və ya ailədə qalmasının qeyri-mümkünlüyü müəyyən edildikdə onun müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edilir:
"Müvafiq altsistem üzrə qeydiyyatda olan müəssisələrdə hazırda 1276 nəfər valideyn himayəsindən məhrum olmuş uşaq yaşayır. Onlardan 732-si oğlan, 544-ü qızdır. Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi müxtəlif hüquqi əsaslarla və ailənin sosial vəziyyəti nəzərə alınmaqla həyata keçirilir. Eləcə də ötən dövrdə 73 uşaq valideynləri və ya qanuni nümayəndələri tərəfindən qayğı göstərməkdən imtina edildiyi üçün müvafiq müəssisələrə yerləşdirilib".
Orxan Hüseyn