AZ

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası yenidən işə salınır

Bakı. Trend:

Yaponiyanın T"EPCO" şirkəti 2026-ci il yanvarın 20-də dünyanınən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın birincienerji blokunu qismən yenidən işə salacaq.

Trend xariciKİV-ə istinadla xəbər verir ki, bu barədə şirkətin prezidentiTomiaki Kobayakava məlumat verib.

Şirkət rəhbəri qeyd edib ki, Niigata prefekturasında keçirilənassambleya zavodun yenidən fəaliyyətə başlamasına icazə verib.

Tomiaki Kobayakava bildirib:

“Fukuşima qəzasına görə məsuliyyət daşıyan bir şirkət kimikeçmişdən dərs alaraq, bu dəfə təhlükəsizliyi əsas prioritet olaraqqoruyacağıq və 14 ildən sonra yenidən işə başlamağaqərarlıyıq”.

Qeyd edək ki, bu addım 2011-ci ildə baş verən və Fukuşima Daiiçireaktorunun partlaması ilə nəticələnən nüvə qəzasından sonra"TEPCO"nun ilk belə təşəbbüsüdür.

Tokiodan 220 kilometr şimal-qərbdə yerləşən Kaşivazaki-Karivastansiyası həmin qəza zamanı bağlanan 54 reaktordan biri idi.

Seçilən
41
50
az.trend.az

10Mənbələr