AZ

Belçikada fəaliyyət göstərən “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platformasının təsisçiləri Emin Əliyev və Aytən Məmmədovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

“MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, həyatınızda yeni uğurlar arzulayırıq.

Sizin rəhbərliyiniz altında Azərbaycan güclü, müasir və beynəlxalq arenada söz sahibi olan bir dövlət kimi mühüm inkişaf mərhələsindən keçmişdir. Milli maraqların qətiyyətlə qorunması, ölkəmizin strateji mövqeyinin möhkəmləndirilməsi və xalqımızın birliyi naminə həyata keçirdiyiniz ardıcıl siyasət dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

“MADANİ” platforması olaraq biz Belçikada və Avropada yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsini, mədəni və ictimai dəyərlərimizin təbliğini, gənclərin fəal və məsuliyyətli vətəndaş mövqeyinin gücləndirilməsini əsas məqsədimiz hesab edirik. Bu istiqamətdə fəaliyyətimizdə Azərbaycanın inkişafı və gələcəyi naminə müəyyənləşdirdiyiniz strateji xətt bizim üçün əsas istinad nöqtəsidir.

Bu xüsusi gündə “MADANİ” ailəsi adından Sizə bir daha səmimi təbriklərimizi çatdırır, minnətdarlığımızı bildirir və qarşıdakı illərdə yeni nailiyyətlər, daim sevinc dolu xoş günlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,

 

Emin Əliyev və Aytən Məmmədova

Belçikada fəaliyyət göstərən “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platformasının təsisçiləri

Seçilən
4
1
xalqqazeti.az

2Mənbələr