Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb.Bildirilir ki, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq.
Moderator.az xəbər verir ki, Musavat.com məsələni dəqiqləşdirməyə çalışıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sayta açıqlamasında bildirib ki, bununla bağlı hökumətin qərarı yoxdur:“Gələcəkdə nə olacaq, onu bilmirəm. Hələ ki, belə bir qərar yoxdur. Əgər qərar verilərsə, bu, mütləq Nazirlər Kabinetinin saytında olacaq və mətbuatda da yayılacaq”.Xatırladaq ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün ard-arda 5 gün iş olmayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.