AZ

Növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda mənzil problemləri ilə bağlı məsələlər müzakirə ediləcək - İlqar İsbatov

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ərəfəsində ölkəmizdəbir sıra ardıcıl tədbirlər görülür. Qeyd etdiyim kimi,şəhərlərimizin baş planları hazırlanır və bu baş planlar əsasındaregionlarımız planlı şəkildə inkişaf edir.

Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov AzərbaycanRespublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elanedilməsi münasibətilə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunda dünyadaurbanizasiyanın inkişafı şəraitində aktual olan bir sıraməsələlərin müzakirəsi gözlənilir.

“Bunlardan ən əsasları mənzil problemləri ilə bağlıməsələlərdir. Bir sıra, yəni inkişaf etməkdə olan ölkələrdə,xüsusən yoxsul təbəqələrin mövcud olduğu ölkələrdə bu problemlərdaha qabarıq dayanır. Azərbaycanın bu istiqamətdə həm böyüktəcrübəsi var, həm də böyük uğurları var. Bildiyiniz kimi, işğaldanazad olunmuş ərazilərdə çox qısa bir zamanda yüzlərlə yaşayışməntəqəsinin planlaşdırma sənədləri hazırlanıb və həmin ərazilərəəhalimizin qayıdışı davam edir”.

O vurğulayıb ki, ümumilikdə 12 şəhərin planlaşdırma sənədləriəsasında həmin şəhərlər yenidən qurulur.

Məqalədə:
Seçilən
68
az.trend.az

1Mənbələr