AZ

Firudin Qurbanov təhsil sistemində dini təbliğatın aparılmasının düzgün olmadığını deyib » AzadMedia.az

Firudin

Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel müzakirəsində deyib.

O qeyd edib ki, əvvəllər insanlar bütün informasiyaları televiziya və mətbuat vasitəsilə əldə edirdisə, indi hər kəsin internetə çıxışı var:

"Azərbaycanda hətta bütün məktəblərdə internet var. Amma dini təbliğatın təhsil sistemində aparılması düzgün deyil. Məktəblərdə "Həyat bilgisi" və ya ali məktəblərdə din tarixi dərsləri keçirilir. Kurikulumda məktəblərdə din haqqında məlumatı şagirdlərə çatdırırıq. Burada əsas məqam milli-mənəvi və əxlaqi dəyərləri şagirdlərə ötürməkdir".

Seçilən
22
3
azadmedia.az

9Mənbələr