ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 dekabr, AZƏRTAC
İngiltərə millisinin futbolçusu Markus Reşford müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”ə qayıtmaq istəmir.
AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi karyerasını hazırda icarə əsasında oynadığı “Barselona”da davam etdirmək niyyətindədir.
O, İspaniya klubunda özünü xoşbəxt hiss etdiyini və bu komanda ilə titullar qazanmağı arzuladığını bildirib. Vingerin sözlərinə görə, Kataloniya təmsilçisi böyük uğurlar əldə etmək üçün qurulmuş nəhəng və möhtəşəm klubdur.
Qeyd edək ki, Markus Reşford cari mövsümün əvvəlində “Barselona” ilə 1 illik icarə müqaviləsi imzalayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.