AZ

Qalmaqallı aparıcının aylıq gəliri üzə çıxdı FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində həbs edilən xəbər aparıcısı Ela Rümeysa Cebecinin prokurorluğa verdiyi əlavə ifadənin detalları məlum olub.

Milli.Az xəbər verir ki, bildirilir ki, Cebeci 20 dekabr tarixli ifadəsində aylıq gəlirinin 120 min türk lirəsi olduğunu bəyan edib.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Cebecinin əlavə ifadəsində narkotik istifadəsi ilə bağlı etiraflara da yer verilib.

"Fənərbağça" prezidentinin tanınmış aparıcı ilə biabırçı mesajları YAYILDI 

Həbs olunan aparıcının telefonundan görün nə məlumatlar çıxdı 

"Heç vaxt heç kimə narkotik satmamışam"

Ela Rümeysa Cebeci əlavə ifadəsində bildirib:

"Əvvəllər narkotik istifadə etmədiyimi demişdim. Bu gün həqiqəti ortaya qoymaq üçün öz xahişimlə ifadə verirəm. Heç vaxt heç kimə narkotik satmamışam. Özümə güvəndiyim üçün telefonlarımın şifrələrini könüllü şəkildə təqdim etdim" .

Cebeci ifadəsinin davamında keçmişdə narkotik istifadə etdiyini etiraf edib:

"Qan analizlərimdə və "WhatsApp" yazışmalarımda narkotik istifadəsinə dair sübutlar aşkar edilib. Keçmişdə narkotik istifadə etmişəm, lakin heç vaxt kokain və ya kimyəvi narkotiklər qəbul etməmişəm. THC tərkibli kannabisin cinayət olduğunu bilmirdim. Bu səhvi bəzi ölkələrdə narkotiklərin qanuni olduğunu bildiyim üçün etdim" .

Fidan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
news.milli.az

2Mənbələr