Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Tərtər, 24 dekabr, T.Ağaməmmədov, AZƏRTAC
Tərtərdə Prezident İlham Əliyevin ad günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 250 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.