Saatlıda ər-arvadın ölüm faktı ilə bağlı araşdırma aparılır.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, 1 Qara Nuru kəndində 92 yaşlı İbrahim İsmayılov və onun 89 yaşlı arvadı Pəri İsmayılovanın dəm qazından boğulduğu ehtimal olunur. Ölüm səbəbi kimi başqa versiyalarla bağlı da araşdırma gedir.
***
Saatlının Qara Nuru kəndində ər-arvad dəm qazından boğularaq ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, 1933-cü il təvəllüdlü İbrahim İsmayılov və arvadı- 1936-cı il təvəllüdlü Pəri İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.