AZ

Füzulidə bu işlərin icrası 12 milyona başa gələcək

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Füzuli şəhərinin su-kanalizasiya infrastrukturunun qurulmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri hazırlanacaq və tikintinin həyata keçirilməsi çərçivəsində layihənin texniki şərtlərinin təsdiqi, qəbul-təhvil prosedurları aparılacaq.

Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Sözügedən işlərin icrasını “Protean Construction” şirkəti öz üzərinə götürüb və şirkət layihənin maliyyə dəyərini qiymətləndirərək ADSEA-ya 12 milyon 41 min manat təklif edib.

Yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
2
qafqazinfo.az

3Mənbələr