AZ

Yorucu və pis düşüncələrlə necə mübarizə aparmalı?

Öz düşüncələrimiz üzərində işləmək çox önəmlidir. AzPost xəbər verir ki, psixoloq Alyona Nikolskaya tez-tez ağla gələn və dayandırması çətin olan pis düşüncələrdən xilas olma üsullarını izah edib. O, gündəlik yazmağı və özünüz üçün “dayandırma-düşüncə” sözü tapmağı tövsiyə edib ki, bu, neqativ fikirlərin axışını kəsə bilsin.

Eyni zamanda, özünüzlə razılaşa bilərsiniz ki, pis düşüncələr gün ərzində yalnız 10-15 dəqiqə vaxtınızı alsın. Bu müddət bitdikdən sonra reallığa qayıtmaq üçün müxtəlif üsullar tətbiq etmək lazımdır. Özünüzə bir neçə sual verə bilərsiniz:

“Qorxduğum şey həqiqətən təhlükəlidirmi? Yoxsa mənə heç bir ziyanı yoxdur? Bəlkə də məni qorxudan şey faydalı olacaq? Mən nə edə bilərəm ki, pis hadisələrin qarşısını alım?” – deyə psixoloq tövsiyə edib.

AzPost.az

Seçilən
20
1
azpost.info

2Mənbələr