AZ

Zelenskidən acı etiraf : ABŞ Zaporojye AES-in Rusiyaya  verilməsini istəyir

ABŞ Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) Ukrayna, ABŞ və Rusiya tərəfindən birgə idarə olunmasını təklif edir. Lakin Kiyev Kremlin bu prosesdə iştirakına qəti şəkildə qarşıdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib.

Prezidentin sözlərinə görə, Vaşinqtonun təklifinə əsasən, ZAES-in idarə olunması üzrə birgə müəssisədə tərəflər bərabər paya malik olmalı, ABŞ isə əsas menecer funksiyasını yerinə yetirməlidir. Bu halda bütün iştirakçılar, o cümlədən Rusiya stansiyanın fəaliyyətindən dividend əldə edəcək.

Zelenski qeyd edib ki, Rusiya Ukraynanın ZAES-in yenidən işə salınmasına mane ola biləcək ciddi imkanlara malik olmadığına inanır. Onun sözlərinə görə, Moskva stansiyanın fəaliyyətini “humanitar amillərlə” əsaslandırmağa çalışacaq.

“Onlar deyəcəklər ki, müvəqqəti işğal olunmuş ərazilərdə insanlar var, su və elektrik yoxdur, bəndi bərpa edək və elektrik enerjisini verək. Buna görə də tərəfdaşlar bu obyektin birgə idarə olunması mexanizmini təklif edirlər, çünki ruslar hər halda bu stansiyanı istismar edəcəklərini düşünürlər”, – deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti bu yanaşmanı dəstəkləmədiyini açıq şəkildə ifadə edib:
“Bu, Ukrayna üçün son dərəcə uğursuz və real olmayan səslənir. Bütün baş verənlərdən sonra Rusiya ilə necə birgə kommersiya qurmaq olar?”

Bununla belə, Zelenski Ukraynanın ABŞ-la birgə əməkdaşlığa açıq olduğunu bildirib. Onun sözlərinə görə, Kiyev kompromis variant kimi ZAES-in ABŞ və Ukrayna tərəfindən birgə istismarını təklif edir.

“Bizim kompromis təklifimiz belədir: Zaporojye AES ABŞ və Ukraynanın daxil olduğu birgə müəssisə tərəfindən idarə olunur – 50/50 prinsipi ilə. İstehsal olunan elektrik enerjisinin 50 faizi Ukraynaya verilir, qalan 50 faiz üzrə isə ABŞ özü qərar verir. Biz hesab edirik ki, bu, bizim stansiyamızdır, orada bizim insanlar

Seçilən
18
veteninfo.az

1Mənbələr