Bakı. Trend:
İsrailin Azərbaycandakı Səfirliyi və İsrailin RegionalƏməkdaşlıq Nazirliyinin birgə təşəbbüsü ilə 4 nömrəli internattipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağının açılışıolub.
Trend xəbərverir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün İsrail Dövlətinin Bakıdakı Səfirliyi və İsrailinRegional Əməkdaşlıq Nazirliyinin birgə təşəbbüsü ilə 4 nömrəliinternat tipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağınınaçılışında iştirak etmək bizim üçün böyük şərəf oldu. Yenilənmiş buməkan şagirdlərə musiqi terapiyasının müasir üsullarındanfaydalanmaq imkanı yaradacaq, onların rifahına, inkişafına vəyaradıcılığına dəstək verəcəkdir.
Səfir Ronen Krausz tədbirdə çıxış edərək vurğuladı: “İsrailDövləti Azərbaycanla bütün sahələrdə mövcud olan əlamünasibətlərindən qürur duyur və biz əməkdaşlığımızı, xüsusiləsosial rifah və icma dəstəyi sahələrində daha da gücləndirməyəsadiqik.” Layihə boyunca göstərdiyi dəyərli dəstəyə və əməkdaşlığagörə məktəbin direktoru Vəfa Seyidovaya səmimi təşəkkürümüzübildiririk, - deyə məlumatda qeyd olunub.