AZ

Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib

Avstraliya ilk dəfə olaraq irqi nifrəti qızışdırdığına və nasist simvollarını nümayiş etdirdiyinə görə vizanı ləğv edib. Bunu  Avstraliyanın Daxili İşlər Naziri Toni Börk bildirib.

Nazir qeyd edib ki, 43 yaşlı Britaniya vətəndaşı Avstraliyadan deportasiya ediləcək. O, yəhudi icmasına nifrətə əsaslanan nasist ideologiyasına sadiq olmaqda ittiham olunur.

Avstraliya Federal Polisi həmin şəxsi sosial mediada iki hesab vasitəsilə federal qanunları pozmaqda, nasist simvollarını nümayiş etdirməkdə, təhdidlər paylaşmaqda və yəhudi icmasının üzvlərini təqib etməkdə saxlayıb.

Qanunlar 14 dekabrda Sidneydə baş verən terror hücumundan sonra sərtləşdirilib. Baş nazir Entoni Albanese nifrət və bölünmə səpənlərin vizalarını ləğv edəcəyinə və onlayn təhdid və təqiblərə görə cəzanın ağırlaşdırılacağına söz verib.

Aytac 

Seçilən
31
anews.az

1Mənbələr