AZ

Güclü dövlətin təməlində güclü lider dayanır- ÖZƏL

"Azərbaycan son illərdə yalnız region miqyasında deyil, qlobal səviyyədə də öz sözünü deyən dövlətə çevrilib. Bu reallığın formalaşmasında ölkənin hərbi-siyasi gücünün möhkəmlənməsi, milli maraqlara əsaslanan müstəqil siyasətin aparılması mühüm rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının fəal üzvü Türkan Hüseynova deyib: "44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə və sonrakı mərhələdə həyata keçirilən qətiyyətli addımlar Azərbaycanın suverenliyini tam təmin etməklə yanaşı, Cənubi Qafqazda yeni siyasi düzən yaradıb. Bu proseslərin arxasında isə strateji düşüncə, siyasi iradə və ardıcıllıq dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət dövlətçilik ənənələrinə söykənir və uzunmüddətli hədəfləri ehtiva edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunması təsadüfi deyil. Ölkəmiz bu gün dialoq təşəbbüsləri, çoxtərəfli əməkdaşlıq modelləri və regional layihələr vasitəsilə sabitliyin və inkişafın əsas aparıcı qüvvələrindən biri kimi çıxış edir. Xüsusilə müharibədən sonrakı dövrdə Azərbaycanın mövqeyi diktə edən qalib ölkə statusu ilə daha da möhkəmlənib.
Dövlət başçısının siyasi fəaliyyəti yalnız qələbələrlə deyil, həm də məsuliyyətli idarəçilik nümunəsi ilə xarakterizə olunur. Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı, qlobal çağırışlara adekvat cavab verməsi və humanitar təşəbbüslərlə çıxış etməsi Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin göstəricisidir. Bu gün Azərbaycan güclü dövlət obrazını məhz düşünülmüş və milli maraqlara əsaslanan siyasət hesabına formalaşdırıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr