Bakı.Trend:
Bənöşəyi xətdə sərnişinlərin metropolitendən daha intensivistifadə etməsi üçün, intervalları azaldaraq müvafiq şəraityaradılması məqsədilə 5-vaqonlu qatarlardan istifadə olunur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”QSC-dən bildirilib.
Qeyd edilib ki, bənöşəyi xətdə bütün stansiyalar 7 vaqonluqatarlar üçün hesablanıb və bu səbəbdən həmin stansiyalardaqatarların dayanmayacağı sahələrdə “Minik yoxdur” qeydləriyazılıb.
“Bu isə sərnişinlərin düzgün yönləndirilməsi, platformada qataraminmək üçün düzgün sahələrdə yerləşməsi və onların rahatlığı üçünatılmış növbəti addımdır”,-deyə qurumdan əlavə edilib.