AZ

İranda futbol oyunları təxirə salındı

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın paytaxtı Tehran şəhərində müşahidə olunan yüksək hava çirkliliyi səbəbilə futbol qarşılaşmaları təxirə salınıb.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyası, Tehran Əyaləti Futbol Federasiyasının Səhiyyə Komitəsinin məsələ ilə bağlı yazılı açıqlamasını yayımlayıb.

Qeyd olunub ki, Tehranda hava çirkliliyinin səviyyəsinin artması səbəbilə bu gün keçirilməsi planlaşdırılan bütün futbol oyunları təxirə salınıb.

Qərara əsasən, 24 dekabr çərşənbə günü futbol fəaliyyətlərinin hamısı qadağan edilib və məşqlərin keçirilməsinə də icazə verilməyəcək.

Məlumata görə, bu gün Tehranda hava çirkliliyi 149 mikroqram/kubmetr səviyyəsində qeydə alınıb.

Hava keyfiyyəti indeksinə əsasən, bir kubmetr havada olan toz hissəciklərinin (PM10) miqdarına görə dəyərlər belə müəyyən olunur:

- 0–50: “təmiz hava” (“yaşıl”)

- 51–100: “orta” (“sarı”)

- 101–150: “həssas” (“narıncı”)

- 151–200: “sağlamlıq üçün zərərli” (“qırmızı”)

- 201–300: “çox pis” (“bənövşəyi”)

- 301–500: “təhlükəli” (“qəhvəyi”).

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
cebheinfo.az

1Mənbələr