Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukraynanın "Naftoqaz" şirkətinin obyektlərindəki avadanlıqlar Rusiya Silahlı Qüvvələrinin iki gün davam edən dron hücumlarından sonra dayanıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Naftoqaz Ukrayna" milli səhmdar şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Rusiya son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 dron buraxıb.
"Rusiya ikinci gündür ki, neft-qaz infrastrukturunu hədəf alır. Son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 "Şahid" atılıb. Ciddi dağıntılar var. Avadanlıqlar işləmir. Xilasedicilər və şirkətin mütəxəssisləri bu hücumların nəticələrinin aradan qaldırılması istiqamətində işləyirlər", - S.Koretski qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.