AZ

Zelenski sülh planının detallarını açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ, Rusiya və Avropa ilə birgə müzakirə edilən, müharibənin başa çatması üzrə 20 bəndlik sənəd layihəsinin əsas müddəalarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

V. Zelenski deyib ki, layihə əksər hallarda Ukrayna-ABŞ mövqeyini, bəzi hallarda isə Vaşinqtonun mövqeyini əks etdirir.

Layihənin əsas müddəaları:

1. Ukraynanın suverenliyi bütün tərəflər tərəfindən təsdiqlənəcək.

2. Rusiya və Ukrayna arasında tam və mübahisəsiz hücum etməmə öhdəliyi nəzərdə tutulur. Toqquşma xəttinin monitorinqi üçün mexanizmlər yaradılacaq.

3. Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq.

4. Ukrayna Silahlı Qüvvələrinin sayı sülh dövründə 800 min nəfər olacaq.

5. ABŞ, NATO və Avropa ölkələri Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verəcək.

6. Rusiya hücum etməmə siyasətini qanun və ratifikasiya sənədlərində təsbit edəcək.

7. Ukrayna müəyyən edilmiş vaxtda Avropa İttifaqına üzv olacaq və Avropa bazarına üstünlüklü çıxış əldə edəcək.

8. Ukraynaya geniş iqtisadi inkişaf paketi təqdim olunacaq.

9. Ukrayna iqtisadiyyatının bərpası və zərər görmüş bölgələrin yenidən qurulması üçün 800 milyard dollar dəyərində fondlar yaradılacaq.

10. Ukrayna ABŞ ilə sərbəst ticarət sazişini sürətləndirəcək.

11. Ukrayna nüvə silahsız dövlət olaraq qalacaq.

12. Zaporizjya AES üç tərəf – Ukrayna, ABŞ və Rusiya tərəfindən idarə olunacaq.

13. Məktəblərdə və cəmiyyətdə tolerantlıq və azlıqların hüquqları qorunacaq.

14. Ərazi məsələləri razılaşdırılmayıb: mövcud xəttin saxlanması və ya Donbasda azad iqtisadi zona yaradılması (referendum yolu ilə).

15. Rusiya və Ukrayna razılaşdırılmış ərazi sərhədlərini hərbi yolla dəyişdirməyəcəklər.

16. Rusiya Dnestr və Qara dənizdən ticarət məqsədli istifadəni əngəlləməyəcək, Kinburn yarımadası demilitarizə olunacaq.

17. Humanitar komitə yaradılacaq, bütün hərbi əsirlər və mülki girovlar qaytarılacaq.

18. Saziş imzalandıqdan sonra Ukraynada seçkilər keçiriləcək.

19. Bütün tərəflər razılaşdıqdan sonra tam atəşkəs qüvvəyə minəcək.

20. Saziş hüquqi baxımdan məcburi olacaq və onun icrası ABŞ Prezidentinin rəhbərliyi altında fəaliyyət göstərəcək Sülh Şurası tərəfindən təmin ediləcək.

Seçilən
15
2
konkret.az

3Mənbələr