Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan Din Xadimlərinin II Forumunda "Multikultural dəyərlər sistemi: Dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri" mövzusunda panel müzakirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, panel müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Özbəkistan Dini Məsələlər Komitəsinin sədrinin birinci müavini Davronbek Maksudov, Bakı şəhəri Dağ yəhudilərinin dini icmasının sədri Milix Yevdayev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elnur Əzimli iştirak ediblər.
Müzakirələr zamanı onlar multikultural dəyərlərdən, dövlət və din münasibətlərindən, müxtəlif yanaşmalardan bəhs ediblər.
13:15
Azərbaycan Din Xadimlərinin II Forumunda "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel müzakirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, panel müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete, Sabirabad şəhəri "Heydər" məscidinin imam müavini Yusif Bağırov iştirak ediblər.
Panel müzakirəsi zamanı rəqəmsal informasiyanın dini məsələlərə təsirindən bəhs edilib və qarşıya çıxan problemlərin həlli yollarından danışılıb.
10:19
"Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir.
Oxu.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil edilən tədbir Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin konstitusion əsaslarının möhkəmləndirilməsi, dünyəvilik prinsipinin və vicdan azadlığının təmin olunması, multikultural və tolerant dəyərlərin təşviqi, dini sahədə maarifçilik fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov, Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev və başqaları çıxış edəcəklər.
Forum çərçivəsində "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələri təşkil olunacaq.
Panel müzakirələrdə dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın genişləndirilməsi, dini radikalizm və zərərli ideoloji təsirlərin qarşısının alınmasında maarifləndirmənin rolu, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.






Daha ətraflı: PhotoStock.Az
Aygün Mirakif
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.