AZ

Türkiyə səfirliyinin müşaviri “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunub - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.

Cihangir İşbilir APA-ya deyib ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən yubiley medalı ilə təltif olunmaq onun üçün böyük iftixar və şərəfdir.

“Türkiyə ilə Azərbaycan arasında media sahəsi üzrə ittifaqın və əməkdaşlığın inkişafı üçün birlikdə və tək media kimi çalışmağa davam edəcəyik. Başda “Anadolu” agentliyi və TRT olmaqla, Türkiyədəki media quruluşları ilə birgə qətiyyətlə irəliləyəcəyik. Bu münasibətlə Medianın İnkişafı Agentliyinə və 150 illiyini qeyd edən köklü Azərbaycan mətbuatının nümayəndələrinə öz təşəkkürümü bildirirəm”, - Cihangir İşbilir qeyd edib.

TürkiyəTürkiyə

Seçilən
10
2
turkustan.az

3Mənbələr