AZ

İkardiyə “toyuq ritualı” ilə cadu etdirilibmiş - VİDEO

Türkiyənin “Qalatasaray” komandasının argentinalı hücumçusu Mauro İkardi ilə uzun illər birlikdə olduğu keçmiş həyat yoldaşı Vanda Nara arasındakı qalmaqallı ayrılıq prosesi yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, mediada yayılan məlumata görə, Vanda Naranın həbs olunan vəkili Nikolas Payarolanın telefon mesajlarında Nara ilə birlikdə Mauro İkardiyə qarşı “toyuq ritualı” ilə cadu etdikləri barədə yazışmalar üzə çıxıb.

Bu mesajların üzə çıxmasından sonra Mauro İkardi sosial mediada ardıcıl paylaşımlar edib. Paylaşımlarda bu sözləri yazıb:

“Fırıldaqçılıq cinayətinə görə həbsə düşdün. Bunu ədalət müəyyən etdi. Amma mən unutmuram. Qanunu qanundan kənar hərəkət edərkən maska kimi istifadə etdiyini unutmuram. Hədələri, şantajı, qorxunu alət etdiyini unutmuram. Qızlarıma yaşatdığın ağrıları unutmuram. Bir atanı qızlarından ayırmaq istəyən birinin baş cinayət ortağı olmaq strategiya deyil, zülmdür. Və bu gün sanki bir şey çatışmırmış kimi, rituallar, sehr, qara şamlar və qurbanlar ortaya çıxır.

Amma narahat olma: yaxşı insanlara, həqiqi insanlara bu təsir etməz. Sən heç vaxt güclü olmadın. Qaranlıqda oynayan sirk klounu idin, qorxulan biri olduğunu sanırdın, amma əslində yazıq bir insan idin. İndi isə həbs vaxtıdır. Yeni bir həbsxana, yeni bir “ev”, yeni bir reallıq.

Adıma toxunduğun anda öz kölgəni daşımağa başladın. Bağlı qapılar arxasında qalan bayramların mübarək, toyuqlar belə səni xilas etməyəcək.”

İdman.Biz
Seçilən
37
1
idman.biz

2Mənbələr