AZ

Tayland və Kamboca atəşkəs üçün danışıqlara HAZIRLANIR

Ajans.az xəbər verir ki,bu barədə Tayland Xarici İşlər Nazirliyinin mətbuat xidməti Krallığın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Bəyanata görə, atəşkəs mexanizmi çərçivəsində danışıqlar əvvəlcə 24–26 dekabr tarixlərində katiblik səviyyəsində keçiriləcək. “Əsl yüksək səviyyəli görüş 27 dekabrda olacaq. Bu, bütün Baş Sərhəd Komitəsi iclasları üçün standart formatdır”, – deyə açıqlamada bildirilir. Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) əvvəlcədən Tayland və Kamboca arasında sərhəd zonasında atəşkəs müzakirələrinin başlanmasını alqışlayıb. Təşkilatın xarici işlər nazirlərinin xüsusi iclasında tərəflərə 28 iyul atəşkəs müqaviləsi, Baş Sərhəd Komitəsinin 7 avqust fövqəladə iclasının qərarları və 26 oktyabr 2025-ci ildə imzalanmış Kuala Lumpur Birgə Bəyannaməsinin tam və effektiv şəkildə həyata keçirilməsi tövsiyə olunub. Qeyd edək ki, Kamboca-Tayland sərhədində silahlı toqquşmalar 7 dekabrda başlayıb. 8 dekabrda Tayland quru qüvvələri Kamboca qoşunlarının sərhəd bölgəsindəki mövqelərinə atəş açdığını, buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələrinin Kambocanın hərbi infrastrukturlarına hücum etdiyini bildirib.

 

Seçilən
26
Ajans.az

1Mənbələr