"Həyatda dost yoxdur. Məni qınasalar da bunu deyirəm".
Bu sözləri müğənni Zeynəb Həsəni deyib.
"Tarixin bir günü" verilişində qonaq olan Zeynəb bitən dostluqlardan danışıb:
"İnsan dostdan xəyanət görməz. Dostlar yalan danışmaz, arxadan vurmaz. Bunlar yoxdursa, ona dost deyə bilərəm. Səhvsiz olan ancaq Allahdır. Dostumun yanında qorxmadan nəsə edə bilirəmsə, onun sabah gedib mənim haqqımda pis nəsə danışmayacağına əminəmsə, odur dost. Şübhələr varsa, o artıq dostluq deyil. Mən sevgimi bildirə bilmirəm, qəlbimdə yaşayıram", - deyə bildirib.