Bakı. Trend:
Tayvanın cənub bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Zəlzələnin episentri Qaosyun liman şəhərindən 90 kilometrşimal-şərqdə yerləşib, yeraltı ocağı isə 12 kilometr dərinlikdəolub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.