AZ

Xərçəngə qalib gəlib şəhid qardaşının məzarını ZİYARƏT ETDİ VİDEO

ain.az bildirir, Milli.az portalına istinadən.

Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev ağır xəstəliklə mübarizədən qalib çıxıb.

Milli.Az xəbər verir ki, səkkiz ay ərzində Türkiyədə xərçəng xəstəliyinə görə müalicə alan İsa Orucəliyev artıq sağalıb və vətənə - Naxçıvana qayıdıb.

O, hava limanına enən kimi ilk olaraq şəhid qardaşı Qabil Orucəliyevin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla anıb.

Bu duyğulu anlar həm ailə üzvləri, həm də ictimaiyyət tərəfindən böyük hörmət və kövrəkliklə qarşılanıb.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
news.milli.az

3Mənbələr